Kosovoda NATO əsgərləri və serb əhali arasında toqquşma baş verib

  • Amerikanın səsi

Kosovonun şimal bölgəsində sülhümühafizə qüvvələrinin əsgərləri və serblər arasında baş vermiş toqquşma zamanı iki NATO əsgəri və üç Kosovo serbi yaralanıb. Haidsə Kosovonun serblərin yaşadığı Zveçan bölgəsində baş verib. Şahidlərin sözlərinə görə, zirehli avtomobillərdə olan NATO əsgərləri serblərin yolda yerləşdirdiyi barrikadaları götürdüyü zaman etiraz edən kütlə onların qarşısını almağa və əsgələri daşa tutmağa başlayıb. Əsgərlər buna rezin güllələrdən atəş açmaqla cavab verib. NATO-nun Kosovodakı missiyası insidenti qınayıb. Alyansın sözçüsü deyib ki, NATO-nun Kosovodakı missiyası vəziyyətin gərginləşməsinə yol verməyəcək və bölgədə əmin-amanlıq və təhlükəsizliyin qorunması üçün proporsional qüvvədən istifadə edəcək. Kosovonun azlıqda olan serb əhalisi ölkənin 2008-ci ildə Serbiyadan müstəqilliyini qəbul etməyərək, Kosovo rəsmilərinin şimal bölgəsində qanunları tətbiq etməsinə yol verməyəcəklərini bildirib.