Rusiyanın işğalı başlayandan bəri səmanın mühafizəsi Ukraynada əsas narahatlıqlardan biridir. Ukrayna və Rusiya ilə həmsərhəd olan NATO ölkələri üçün də bu, ümumi bir problemdir. Buna görə də İtaliya, Almaniya, ABŞ və digər ölkələrin qırıcı təyyarə pilotları alyansın şərq cinahında yerləşən ölkələr üzərində hərəkət edərək, NATO-nun hava məkanına hər hansı təhlükənin keçməməsinə daim nəzarət edir.
İtaliyanın qırıcı Eurofighter təyyarəsi Rumıniyanın Ukrayna ilə sərhədi yaxınlığında səmaya nəzarət edir. İtaliyalı polkovnik Mişel Morelli bizə 150 nəfərlik komandasının Rumıniya hava bazasına bir missiya üçün gəldiyini deyir. "Biz Rumıniyanın hava məkanını orada ola biləcək hər hansı təhlükədən qorumaq üçün buradayıq".
Onlar NATO-nun gücləndirilmiş genişmiqyaslı hava patrul əməliyyatının bir hissəsidir. Onlar 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaq etməsinə birbaşa cavab olaraq NATO-nun yaratdığı hava əməliyyatının bir hissəsidir. Mişel Morelli: "Əlbəttə, bu, çəkindirmədir. Biz burada müharibə aparmaq üçün deyilik".
Onlar NATO hava məkanında bir növ kollektiv qalxan rolunu oynayır. Təyyarələr sürətlə hərəkət edir. Qırıcı təyyarədən daha yavaş hərəkət edən orta sürətli bir təyyarə dəqiqədə təxminən 11 kilometr məsafə qət edir. Buna görə də iki təyyarədən ibarət bir qrup potensial təhlükə qarşısında həmişə yüksək həyəcan vəziyyətindədir və 15 dəqiqədən az müddətdə havaya qalxa bilməlidir.
Sürətlərini yoxlamaq üçün Morelli və italyanlar biri-birləri ilə yarışır. Bu, "T-scramble" yarışı adlanır. Bu, gecə və ya gündüz hər an havaya qalxmaq üçün icazə almaq yarışıdır. Komanda bunu asanlırla edir.
İndi Rusiyanın Ukraynaya qarşı təcavüzünü davam etdirməs ilə müdafiə məsələləri üzrə təhlilçilər Morelli kimi pilotların NATO-nun şərq cinahında mühüm rolu olduğunu deyirlər. Yeni Amerika Təhlükəsizlik Mərkəzindən Samuel Bendett: "Həmçinin yaxın həftələrdə Rusiyanın güclü hücumu gözlənir ki, bəziləri artıq bu hücumun artıq başladığını düşünür. Və beləliklə, NATO-nun bu pilotları Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyətini izləyəcək".
Morelli komandasının havaya qalxması cəmi 11 dəqiqə çəkdi. Lakin o deyir ki, bir neçə gündən sonra NATO səmalarında real təhlükə olacağı təqdirdə bunu yenidən edəcəklər.