ABŞ Almaniyadan 12 min əsgərini çıxarır

ABŞ prezident Donald Trampın "qanunsuz" olduğunu dediyi müdafiə xərclərini azaltmaq çağırışını yerinə yetirərək, təxminən 12 min əsgərini Almaniyadan çıxarır.

Plana əsasən ABŞ 5600 əsgərini Belçika və İtaliya da daxil olmaqla, Almaniyadan digər NATO müttəfiqlərinə köçürüləcək. Daha 6400 isə nəfər ABŞ-a qayıdacaq, Bu qüvvələrin əksər hissəsi Pentaqon tərəfindən "fasiləsiz rotasiya" adlandırdığı Qara dəniz regionuna göndəriləcək.

"Bu dəyişikliklər ABŞ və NATO-nun Rusiyaya qarşı qüdrətini artırmaq, NATO-nu gücləndirmək, müttəfiqlərini razı salmaq və ABŞ-ın strateji mövqeyini artırmaq kimi prinsiplərə əsaslanır" - deyə, ABŞ-ın müdafiə naziri Mark Esper çərşənbə günü jurnalistlərə bildirib.

"Biz bunu etmək istəyirik. Bununla bağlı fikirlərimiz müsbətdir. Bunu mümkün qədər tez etməliyik, çünki bu, həm alyans üçün, həm də Rusiyanın qarşısını almaq üçün vacibdir" - deyə, Esper əlavə edib.

Esper və digər Pentaqonun digər rəsmiləri yerdəyişmənin bir neçə həftə ərzində başlayacağını desələr də, çoxsaylı detalların hələ də işlənməmiş olduğunu etiraf ediblər.

Hazırda ABŞ-ın Almaniyada Ramşteyn Air kimi çoxsaylı bazalarda 36 min əsgəri var. Bundan əlavə Almaniyanın Ştuttqart şəhərində ABŞ-ın həm Avropa Komandanlığı, həm də Afrika Komandanlığı yerləşir.