NATO-nun yeni baş katibi Kabilə səfər edib

NATO-nun yeni baş katibi gözlənilmədən Kabilə səfər edib.

Cens Stoltenberq əfqan xalqına hərbi alyansın ilin sonunda beynəlxalq qüvvələrin ölkəni tərk etməsindən sonra da dəstəyini davam etdirəcəyində əmin edib.

Baş katib səfəri çərçivəsində prezident Əşrəf Qani, icra hakimiyyətinin rəhbəri Abdulla Abdulla və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandanlığı ilə görüşlər keçirməlidir.

Norveçin sabiq baş naziri deyib ki, NATO-nun döyüş missiyasının başa çatması Əfqanıstanın gələcəyinin əfqan xalqına təhvil verildiyi yeni bir eraya başlanğıc deməkdir.

NATO və ABŞ qüvvələri dekabr ayının 31-də ölkəni tərk edəcək. Əfqanıstanda qalan 12 min nəfərlik qüvvə o ölkənin 350 min nəfərlik təhlükəsizlik qüvvəsini təlimlərlə təmin edəcək.