Your browser doesn’t support HTML5
REAL hərəkatının icraçı katibi Natiq Cəfərli ilə neft qiymətlərinin düşməsinin büdcəsinin neftdən asılı olduğu Azərbaycana iqtisadi təsirləri barədə müsahibədən çıxarışlar:
“Çox təəssüf ki, hökumət bütün məsləhətləri qulaq ardına vuraraq, neft fondunun gəlirləri və büdcə parametrlərini 90 dollardan hesabladı. Bu, büdcəsinin çox hissəsinin neftdən asılı olduğu Azərbaycan üçün ciddi problemlər yaradacaq.”
“Ən təhlükəli vəziyyət xarici ticarət balansındadır. Azərbaycanın ixracatının 95 faizi neft, neft məhsulları və qaz təşkil edir. Hökumət çoxşahəli iqtisadi modelə keçə bilmədi. Ona görə də neftin qiymətinin kəskin şəkildə düşməsi 2015-ci ildə Azərbaycan üçün ciddi fəsadlar yarada bilər.”
“Neft fondunun büdcəsində ciddi problemlər yaşanacaq. Neft fonunun gəlirləri 90 dollardan hesablanıb. Bugünkü qiymətlər 50 dollar civarındadır. Bu ciddi fərq neft fondunun gəlirlərinə ciddi təsir göstərəcək.”
“Azərbaycanda həm hasilat, həm də neft qiymətlərinin enməsi gəlirlərin azalması başqa ölkələrə nisbətən daha sürətlə gedir.”
“Azərbaycan qiymətlərin düşməsini hasilatın artırılması ilə kompensasiya edə bilmir.”
“Rusiydakı vəziyyət Azərbaycanda sosial həyata ciddi təsir göstərir. Rusiyada işləyən 1.5 milyon azərbaycanlı ildə ölkəyə 2 milyard dollara yaxın pul göndərirdi. Bu vəsait regionlarda sosial gərginliklərin azaldılmasına yardım edirdi. Bundan başqa Rusiyadan gələn vəsait Azərbaycanın daxili bazarında da canlanma yaradırdı.”
“Həm Azərbaycanın öz gəlirlərinin, həm də Rusiyadan Azərbaycana külli miqdarda gələn vəsaitlərin azalması gələcəkdə sosail gərginliklərin artmasına şərait yarada bilər.”