Amerikanın məşhur “bağçasında” təmir işləri aparılır. Kapitolidən Vaşinqton Abidəsinə kimi 2 kilometr uzunluğunda çəmənlik mövcuddur. Amma National Mall kimi tanınan bu çəmənlik ərazinin torpağı illər ərzində zədələnib. İndi isə fəhlələr Vaşinqtonun ən görməli yerlərindən biri olan bu yamyaşıl çəmənliyi bərpa etməyə çalışırlar.
Amerikanın bağçasını bərpa edən bu şəxs çəmənlikdən başı çıxan biridir.
20 ildir qolf sahələrinə qulluq edəndən sonra Maykl Stakovitz dünyanın ən tanınmış çəmənliyinə nəzarət edir.
“Bütün dünyadan insanların tanıdığı bir mülkiyyətdə işləmək gözəl hissdir.”
Hər il konsertlər, festivallar, nümayişlər və əlbətdə ki, dünyaca məşhur muzeylərə görə National Mall-u 25 milyondan çox insan ziyarət edir. Lakin illər boyu o ayaqlar torpağı əzərək kərpic qalınlığında ediblər.
“Bu torpağı sındırmaq çətindir. Torpaq artıq kərpic kimi olub.”
Daş bərkliyində torpaqda artıq təkcə otlar bitə bilir.
Bütün Mall bərbad vəziyyətdədir.
Ancaq 45 milyonluq abadlıq işləri National Mall-u başdan ayağa yeniləyəcək.
Bu, dünyada ən çox üstündə gəzilən çəmənlikdir, ona görə də biz bu torpağı çox davamlı etməyə çalışırıq
Bərk torpaq beysbol stadionundakı kimi yumşaq torpaq ilə əvəz olunacaq.
Hətta köhnə otlar belə universitet tədqiqatçılarının tövsiyyə etdiyi yeni ot növləri ilə əvəz olunur.
“Bu, dünyada ən çox üstündə gəzilən çəmənlikdir, ona görə də biz bu torpağı çox davamlı etməyə çalışırıq.”
İşçilər həmçinin illik 4 milyon yağış suyunun yığılması üçün su anbarları yerləşdirirlər. Stakovitz deyir ki, bu anbarlar bərk fırtınalar zamanı çəmənliyin çirklənməsinin qarşısını alacaq.
“Qasırğa zamanı DC-nin daşqın kanalizasiyasına gedən kanallar daşanda, suyun hamısı adi kanalizasiya ilə birlikdə Potomak çayına axır.”
Yeni yeraltı su anbarları isə o suyun kanalizasiyaya axmasının qarşısını alacaq və daha sonra çəmənliklərin sulanması üçün onu saxlayacaq.
Ancaq bu böyüklükdə yer qazmaq çox çətindir.
“Mall-un altında əsrlərin boru kəmərləri, elektrik xəttləri və tunelləri yerləşir.”
İşçilər onların əksəriyyətini müəyyənləşdirə bilir. Amma gördüyünüz bu yüksək gərginliyə malik kəmərin kimə aid olduğu bəlli deyil.
Onlar boru kəmərini qaldırıb, ətrafında işləməlidirlər.
Birinci hissə artıq bitib. Layihə başa çatdıqdan sonra, bütün Mall belə olacaq… qalan hissəsi isə 2017-ci ildə keçiriləcək növbəti president inaqurasiyasına qədər bitməlidir.