Natiq Cəfərli: Azərbaycanda Avropa Oyunlarının ən böyük sponsoru dövlət büdcəsidir [Audio-Müsahibə]

Your browser doesn’t support HTML5

Natiq Cəfərli: Azərbaycanda Avropa Oyunlarının ən böyük sponsoru dövlət büdcəsidir

Bakıda 6200 idmançının iştirakı ilə Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. ReAL Vətəndaş Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli oyunların rəsmi rəqəmlərlə Azərbaycana 3.5 milyard manata başa gələcəyini deyir. Lakin o, oyunlarla əlaqəli birbaşa investisiyalardan başqa dolayı investisiyaları (şəhərin bəzi yerlərində təmir işləri, yeni yolların, yeni qovşaqların çıkilişi, yeni körpülərin açılışı) Avropa oyunlarına aid olmasa da, dəqiq hesablamağın mümkün olmadığını bildirib.

Bakı 2015 Avropa Oyunları Ceyran və Narı simvol seçib

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanın büdcəsi Avropa Oyunları çərçivəsində bütün planlaşdırılmış işləri maliyyələşdirməyə imkan verir.

Azərbaycanın iştirakçıların bötün xərclərini üzərinə götürməsinin nəzərəçarpacaq bir məbləğ olmadını deyən Natiq Cəfərli 6200 idmançıdan əlavə gəlməsinin gözlənildiyi 1500 nəfərə yaxın jurnalist və rəsmi qonağın saxlanmasının 3.5 milyard manatın yanında çox kiçik bir rəqəm olduğunu irəli sürüb.

“Avropa Oyunları ilk dəfə keçirildiyindən, heç bir ciddi reytinqi olmadığından Azərbaycan hökuməti oyunlara marağı artırmaq, gələn qonaqların sayında artıma nail olmaq üçün bir jest etdi. Əslində olimpiya oyunları keçirilən ölkələr idmançıların xərclərini üzərinə götürür. Yalnız bu, sponsorlar yolu ilə edilir. Azərbaycanda isə bu oyunların ən böyük sponsoru dövlət büdcəsidir.”

Əslində olimpiya oyunları keçirilən ölkələr idmançıların xərclərini üzərinə götürür. Yalnız bu, sponsorlar yolu ilə edilir. Azərbaycanda isə bu oyunların ən böyük sponsoru dövlət büdcəsidir

Manatın məzənnəsinin dəyişməsinin maliyyələşdirmə prosesinə təsiri olmayacağını deyən ekspert manatın oyunlarla birbaşa əlaqəsi olmadığını bildirib. O, bəzi təsirləri də istisna etməyib. İqtisadçı bunu xərclərin artması ilə izah edib.

Natiq Cəfərli deyib ki, manatın məzənnəsinə təsir edən ən böyük və yeganə faktor Azərbaycan iqtisadiyyatının neftdən ciddi şəkiildə asılı olmasıdır. O, gələcəkdə manatın məzənnəsinin aşağı düşməsi ehtimalının yüksək olduğunu deyib.

Olimpiya oyunları sonrası vəziyyətlə bağlı proqnozlarını bildirən iqtisadçı bizneslərə qarşı basqıların işsizlik və insanların real gəlirlərinin azalmasına yol açacağını bildirib.

“Dünya bazarlarında neftin qiyməti ilə bağlı ciddi dəyişikliklər baş verməsə, inflyasiya prosesi sürətlənəcək. Hökumətin kiçik və orta bizneslərə təzyiqləri davam etdirməsi iş yerlərinin bağlanması, bu bizneslərin böyük bir hissəsinin iflası və bazardan çıxması ilə nəticələnəcək.”