NASA - MARS missiyasının 10-cu ildönümü [Video]

Your browser doesn’t support HTML5

Qolf arabası böyüklüyündə olan robot Spirit Marsa yanvarın 4-ü 2004-cü ildə enib. Onun əkiz tayı Opportunity isə üç həftə sonra planetin əks tərəfinə enib.

90 Mars günü ömrü olan hər iki robot daha uzun müddət fəaliyyət göstərərək alimlərə xeyli məlumat ötürüb, deyə geoloq Con Qrant bildirib.

Con Qrant: Biz sanki Marsa geoloq göndərmişik. O, yer üstündə hərəkət edə bilir, daşları incələyərək bizə geoloji qruluşlar haqda məlumat verir, oranın əvvəlki ətraf mühiti barədə məlumat toplayır və xüsusilə də suyun oranın yaranmasındakı rolunun nə olduğunu bizə bildirir.

NASA 2010-cu il mart ayında Spiritlə əlaqəni itirib. Ancaq Opportunity ilə əlaqə aktiv olaraq qalır. O, Mars səthinin ətrafında 38 kilometr səyahət edərək elmi məlumatlar göndərir. Stiv Squyris deyir ki, ən mühim kəşf Marsda əvvəllər suyun olmasının sübutudur.

Stiv Squyris: Mən Marsda suyun olmasına dair sübutların bizdə bu qədər maraq oyandıracağını gözləmirdim.

NASA Mars Tədqiqat Proqramından Deyvid Laveri deyir ki, Mars missiyasında istifadə olunan robotun texnologiyası hazırda yer kürəsində günlük həyatda istifadə olunur.

Deyvid Laveri: Yəqin ki, çoxlarınız Google-un yolları keçmək üçün ixtira etdiyi avotmobil haqda eşitmisiz. Həmin avtomobildə istifadə edilən texnologiya Marsa göndərilən robotlarda istifadə edilən texnologiya ilə eyni kökə sahibdir.

2012-ci il avqustda NASA Curiosity robotunu Marsa endirib. Balaca maşın ölçüsündə olan bu robot akkumulyator əvəzinə küçük nüvə reaktorundan istifadə edir. Bu onun illərlə fəaliyyət göstərməsini təmin edəcək. ABŞ fəza agentliyi Curiosity-nin yanına 2020-ci ildə insan göndərməyi planlaşdırır.