Antarktida buz örtüyünün böyük bir hissəsi əriyir [Video]

Your browser doesn’t support HTML5

Alimlər deyir ki, 1600 kvadrat km sahəsi olan Larsen B Buz örtüyünün yerdən tamamilə ayrılması və yüzlərlə nəhəng aysberqlərə çevrilməsi çox yox, bir neçə il ərzində baş verib.

Tədqiqata rəhbərlik edən alim Ala Xazendar 10 min yaşı olan buz parçasının artıq üçdə ikisinin əridiyini təsdiq edir.

Ala Xazendar: "Antarktik yarmadasında və Antarktidanın hər hansı yerində baş verənlər dəhşətli dəyişikliyin aşkar əlamətləridir."

Buz parçaları nəhəng donmuş platformalardır və okeanın altdan dəstəyi ilə Antarktika qitəsinin kənarlarına yapışıb. Ən böyükləri Fransa boydadır.

Xazendar deyir ki, Larsen B buz parçasını qitəyə bağlayan üç buz təchizatı sürətlə incəlir.

Ala Xazendar: "Bizim araşdırmaya əsasən, bu üç buz təchizatı sürətlə əriyir və böyük ehtimalla buz qırıntıları okeana qarışır."

Radar da daxil olmaqla, təkmilləşdirilmiş hava cihazının vasitəsilə alimlər buzda bir neçə çatı müşahidə ediblər. Bu çatlar 9 ay əvvəl əldə olunmuş nəticələrdə yox idi.

Ala Xazendar: "Beləliklə bu sürətlə baş verir və sadəcə vaxt məsələsidir."

Araşdırma ilə Yer Kürəsi və Planetar Elm jurnalında geniş tanış olmaq olar.