Nərminə Ağası: “Biz Azərbaycan qadınını dünyaya nümunə kimi göstərə bilərik” [Audio Müsahibə]

  • Nərminə Cəlalqızı

Your browser doesn’t support HTML5

Nərminə Ağası. “Biz Azərbaycan qadınını dünyaya nümunə kimi göstərə bilərik”




"Impress" nəşriyyat evinin sahibi, “Passage” jurnalının baş redaktoru Nərminə Ağası jurnalın ötən illərdə ciddi təkamül prosesindən keçdiyini deyir. Onun sözlərinə görə jurnalı dərc etdirməyə başlayanda o, yalnız qadınlar üçün nəzərdə tutulmuşdu, lakin 10 il sonra bu, təkcə qadınlar üçün deyil, kişilər üçün də maraqlı bir dərgiyə çevrilib.

Nərminə xanım bu jurnalın siyasətdən uzaq, yalnız həyat tərzini əks etdirən bir jurnal olduğunu vurğulayır. “Bir qadın, bir ana olaraq, mən daim qadın problemlərinə diqqət yönəltmək istəyirəm,” - deyə, Nərminə xanım bildirir.




​Eyni zamanda, onun müşahidələrinə görə, çox sayda kişi də bu dərgini oxumağa başlayıb və bu, onun üçün sevindirici haldır.

Redaktor hesab edir ki, həm Şərqi, həm də Qərbi özündə birləşdirən Azərbaycan qadının öz müasirliyi ilə dünyaya nümunə olaraq göstərilə bilər. O, Azərbaycan qadının fəaliyyətinin çox geniş olduğunu deyir və jurnalında müasir, işgüzar Azərbaycan qadınının fəaliyyətlərindən tutmuş, moda dünyasına qədər həyatını əks etdirməyə çalışdığını bildirir.

Jurnalın Azərbaycanda mədəniyyət sahəsind baş verən mühüm tədbirləri işıqlandırdığını deyən Nərminə xanım bu yaxınlarda Azərbaycanda keçirilən Beynəlxalq Caz Festivalını qeyd edir. Bundan əlavə o, jurnalda rəsm sərgilərinə, film nümayişlərinə materialların yer aldığını bildirir.


“Mənim işim ondan ibarətdir ki, mümkün qədər bu tədbirlərə gedim, təqdimatlarda olum. Elə gün olmur ki, biz bu tədbrilərə gedib çəkilişlər aparmayaq, onu oxucularımıza təqdim etməyək,” - Nərminə Ağası deyir.