Sərhədçilər 11 kiloqram həşişi aşkarlayaraq götürüb. 3 İran vətəndaşı saxlanıb.
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi (DGK) İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısını alıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, İranla sərhəddə yerləşən Azərbaycanın Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran istiqamətindən Azərbaycanın dəniz sərhədini pozan 3 nəfər İran vətəndaşı – Elcalı Adil Abdulhüseyn oğlu, Mehdi Aslan Xudaverən oğlu və Seyid Qulamrza Mirəziz oğlu saxlanıb.
Saxlanma zamanı qaçaqmalçılar narkotik maddəni dənizə ataraq qaçmağa cəhd edib. Sərhəd gözətçi kateri onların qayığını qayığını sahildən 2,2 mil uzaqlıqda onları yaxalayıb. Dənizin dərinliyindən 10 kiloqram narkotik vasitə olan həşişi aşkarlayaraq çıxarıblar.
Bundan başqa, iyulun 20-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran istiqamətindən dövlət sərhədini pozmağa cəhd göstərən daha 2 nəfərin qarşısı alınıb. Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq, havanın dumanlı olmasından istifadə edərək geri - İrana qaçıb. Qaçaqmalçılara məxsus 1 kiloqram həşiş və 2 qrama yaxın heroin götürülüb.