Polis 27 kiloqram narkotik vasitə və həblər götürüb

narkotik

Azərbaycan Daxili İşlər Nazirliyi polisin 29 kiloqrama yaxın narkotik vasitəni və çoxsaylı narkotik tətkibli həbləri dövriyyədən çıxardığını bildirir..

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, oktyabrın 19-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Gəncə şəhərində 25 kiloqram 882 qram, Beyləqan rayon Polis Şöbbəsi 1 kiloqrama yaxın marixuananı, Masallı rayon Polis Şöbəsi isə 261 ədəd metadon həbləri aşkar edərək götürüb.

Faktlarla bağlı araşdırmalar aparılır.