Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd (Bakıdan 360 kilometr cənub-qərb) sakinlərindən 10 kiloqran narkotik maddə marixuana götürüb.
Bu barədə Daxili İşlər Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Azərbaycanın Hava Nəqliyyatında Baş Gömrük İdarəsi isə külli miqdarda güclü təsirli maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Bakı-Tbilisi aviareysi ilə getmək istəyən Hindistan vətəndaşından 370 ədəd "Tramadol" adlı dərman götürülüb.
“Tramadol” Azərbaycanda “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.