Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin daşınması ilə məşğul olanları ifşa edib. 25 kiloqramadək narkotik aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, Azərbaycan vətəndaşları İran vətəndaşları ilə əlbir olaraq ölkəyə 25 kiloqrama yaxın tiryək və heroin gətirib. MTN əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri götürüb və 8 Azərbaycan vətəndaşını saxlayıb.
Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan vətəndaşlarının narkotikləri aldığı İran vətəndaşlarının adı istintaq bəllidir.
Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.