Nardaranda mitinqi müşahidə edən müxalifətçi həbs edilib

AXCP fəalı Veysəl Qasımov

Veysəl Qasımov AXCP üzvüdür
Aprelin 1-də Bakının Nardaran kəndində keçirilən mitinqdə iştirak edən AXCP üzvü Veysəl Qasımov 10 günlük inzibati həbs cəzasına məhkum edilib.

AXCP Gənclər Komitəsindən Amerikanın Səsinə bildiriblər ki, AXCP Binqədi rayon şöbəsinin fəalı Nardarana mitinqi müşahidə etmək üçün gedib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb, məhkəmə həbsinə icazə verib. Lakin gəncin nədə ittiham olunduğu aydın deyil.

Hazırda o, Binəqədi müvəqqəti saxlanma təcridxanasındadır.