Amerikada “Nar və Zəfəran” kitabı işıq üzü görüb

Nar və Zəfəran kitabı

Amerikada yaşayan azərbaycanlı Fəridə Buyuran “Nar və Zəfəran” adlanan aşbaz kitabını ingilis dilində nəşr etdirib.

Nar və Zəfəran kitabı

Kitab Azərbaycan mətbəxinin ləziz təamlarının hazırlanması sirlərini paylaşır.

“Düşünürük ki, Fəridənin səfirliyə hədiyyə etdiyi kitab, amerikalılara Azərbaycan mətbəxinin daha çox yeməklərini dadmaq imkanı verəcək”, ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.