Naqasaki faciəsinin 67-ci anım mərasiminda ABŞ diplomatı iştirak edib

Yaponiya ABŞ-ın Naqasaki şəhərinə atom bombası atmasının 67-ci ildönümünü andığı bir vaxt rəsmilər nüvə enerjisinin tədricən ləğv edilməsinə çağırır.

Naqasaki meri Tomihisa Taue Yaponiya hökumətini radiasiya təhlükəsizlikdən azad cəmiyyətə nail olmaq üçün yeni siyasət müəyyən etməyə səsləyib.

Taue çıxış etdiyi 1945-ci il 9 avqust partlayışının episentri yaxınlığında keçirilən xatirə mərasimdə Yaponiya baş naziri Yoşihiko Noda da iştirak edib.

ABŞ-ın Yapomiyadakı səfiri Con Rus da tədbirə qatılıb. O, hər il keçirilən ənənəvi mərasimə şahidlik edən ilk ABŞ diplomatı olub.

ABŞ II Dünya Müharibəsinin sona çatmasına yaxın Yaponiyaya iki atom bombası atmışdı. Bombalardan birincisi Hiroşimaya, ikincisi isə 3 gün sonra Naqasakiyə atılmışdı.

Hiroşimaya hücum nəticəsində 140000 insan, Naqasaki faciəsində isə 70000 insan həlak olmuşdu.