Görmə qabiliyyətini düzəldən nano-damcı [Video]

Your browser doesn’t support HTML5

Görmə qabiliyyətinin yaxşılaşıdırması üçün ilk öncə eynəklər, daha sonra linzalar, lazer əməliyyatı, indi isə göz damcılarından istifadə olunur.

Artıq dünya boyu görmə qabiliyyəti zəif olan 200 milyondan çox insan üçün eynəklər böyük fərq yarada bilir.

Göz testi

Kontakt linzalar birbaşa gözün üzərinə taxılır.

Lazer əməliyyatı isə korneanın formasını dəyişir. Kornea gözün linzası ilə qişasının tam üstündə yerləşən qoruyucu qatdır.

İsrailli tədqiqatçılar deyir ki, onların “nano” göz damcıları bütün bu prosedurlara alternativ ola bilər.

“Məqsəd göz damcısı ilə işığın trayektoriyasını dəyişməyin yolunu tapmaqdır. Biz bunu eynək, kontakt linzası və lazer əməliyyatında olduğu kimi formanı dəyişməklə deyil, onun yerinə korneanın refraktiv (sınma) indeksini dəyişərək etmək istəyirik. Beləcə biz təkcə işıqla oynayıb, onun trayektoriyasını dəyişəcəyik ki, bütün işıq fokusda olsun,” deyə Shaare Zedek Tibbi Mərkəzinin refraktiv əməliyyat şöbəsinin müdiri Deyvid Smadca bildirir.

Prosedur kəskin görmə qabiliyyəti üçün lazım olan dəyişiklikləri ölçən smartfon applikasiyası vasitəsilə evdə həyata keçirilmək üçün nəzərdə tutulub.

Məqsəd göz damcısı ilə işığın trayektoriyasını dəyişməyin yolunu tapmaqdır. Biz bunu eynək, kontakt linzası və lazer əməliyyatında olduğu kimi formanı dəyişməklə deyil, onun yerinə korneanın refraktiv (sınma) indeksini dəyişərək etmək istəyirik.
Deyvid Smadca

“Dəyişməli olduğunuz rəqəmi öyrənən kimi, kiçik bir cihaz taxacaqsınız. Həmin cihazın içində kiçik lazer olacaq ki, o, korneanın səthində optik naxış açıb, nanohissəciklər üçün çıxış yarada bilər,” Smadca deyir.

Bu sintetik nanohissəcik həll korneanın üzərindəki naxış açılmış kiçik hissəyə dolacaq ki, daha sonra işıq retinaya dəyəndə fokusda olsun.

Donuzların gözlərində aparılan ilkin sınaqlarda nano-damcıdan öncəki və sonrakı refraktiv xətalar analiz edilib. Nəticədə damcıların görmə qabiliyyətini bir neçə saatlıq düzəltdiyi ortaya çıxıb.

Eksperimentlərin növbəti mərhələsində nano-damcıların nə qədər müddət effektiv qaldığı araşdırılacaq. Tədqiqatçılar ümid edir ki, bu prosedur artıq gələn ilin sonuna istifadəyə hazır olacaq.