BMT-nin İnsan Hüquqları Şurası İranda insan hüquqlarının vəziyyətinin araşdırılması məqsədi ilə xüsusi məruzəçi təyin edib. 47 üzvlü şura bu haqda qətnaməni 22 lehinə, 7 əleyhinə səslə təsdiq edib. Qətnamə ABŞ və 50 ölkənin sponsorluğu ilə qəbul edilib.
Bu, 2002-ci ildən bəri İranda insan hüquqlarının monitorinqi, 2006-cı ildə İnsan Hüquqları Komissiyasının şura ilə əvəz edilməsindən və spesifik bir ölkəyə nümayəndə təyin edilməsi ilə bağlı BMT-nin ilk qərarıdır. Əgər İran hökuməti mərizəçiyə ölkəyə səfər etməyə icazə versə, 2005-ci ildən bəri insan hüquqlarını monitor edəcək ilk şəxs olacaq.
ABŞ-ın BMT-nin İnsan Hüquqları Şurasındakı təmsilçisi Elin Çemberleyn Donaho deyib ki, İranda insan hüquqlarının vəziyyətinin ciddiliyi şuranın belə bir addım atmasına səbəb olub. Şurada səsvermə BMT-nin baş katibi Ban Ki Munun İranda sanksiyasız həbslər, edamlar,işgəncələr, dini azlıqlara qarşı təzyiqlər, vəkillər, jurnalistlər və müxalifətə qarşı respresssiyalara yol verildiyini deməsindən sonra keçirilib.
İranlı Nobel Sülh Mükafatı laureatı Şirin İbadi xüsusi məruzəçinin təyinatını beynəlxalq ictimaiyyətin İran xalqına olan dəstəyini, iranlıların unudulmadığını və insan hüquqlarının pozulmasına göz yumulmayacağını nümayiş etdirdiyini deyib.
ABŞ dövlət katibi Hillari Klinton deyib ki, BMT-nin təyinatının və müstəqil araşdırmaların İrandakı pozuntulara lazımı cavab verilməsini təmin edəcək. Dövlət katibinin bəyanatında bildirilir ki, ABŞ təkcə islahat tərəfdarları deyil, insan hüquqlarına ehtiram və azadlıq carçılarının səsinə səs verir.