Bloq:Nadia Şərifi: Azərbaycanı milli geyimlərlə tanıdıram (FOTOLAR)

Nyu-Yorkda Milli kostyum şousunda Nadia Şərifnin Azərbaycan geyimləri hamının rəğbətini qazanıb
May ayında Nyu-Yorkda BMT-nin Baş katibi Ban Ki Munun xanımının dəstəyi ilə Çin səfirliyində dünya xalqlarının milli geyimlərinin şousu keçirilib. Təxminən 30 ölkənin iştirak etdiyi şouda nümayiş etdirilən Azərbaycan milli geyimləri ziyarətçilərinin xüsusi rəğbətini qazanmışdır.

Azərbaycan milli geyimlərinin nümayiş etdirilməsi Nyu-Yorkda yaşayan Nadia Şərifinin səyləri nəticəsində mümkün olmuşdur. Artıq bir neçə ildir Nyu-York şəhərinin ən prestijli univermaqlarından biri olan Neiman Marcus ticarət evində menecer işləyən Nadia xanım Azərbaycan milli geyimlərinin tikilişi ilə məşğul olur. Yaratdığı milli geyimlərin heç biri o birinə bənzəmir. Nadiya xanım üçün bu biznes deyil, yaradıcı işdir, özü də deyir ki, bunu Azərbaycanı tanıtmaq üçün edir. Nadiya Şərifi Azərbaycan icmasının fəal üzvüdür, Azərbaycan Nyu-York Assosiyasında (ANA) çalışır. Nadia Şərifi ilə söhbəti təqdim edirik.

Your browser doesn’t support HTML5

Nadiya Şərifi: Azərbaycanı milli geyimlərlə tanıdıram

Dilşad Əliyarlı: Nadiya xanım sərgiyə geyimlər haradan gətirilmişdi, onların hamısını siz hazırlamışdınızmı?

Nadia Şərifi: Özüm tikmişəm. Mən üç il bundan əvvəl ilk paltarı tikdim, mən özüm dərzi deyiləm. Bunu Azərbaycan üçün etmişəm. Bu, həmişə mənim qəlbimdədir.

Dilşad Əliyarlı: Nadiya xanım parçalar və sapları haradan alırsınız. Bunların tikilişi çox mürəkkəbdir.

Nadia Şərifi: Mən əvvəl özüm üçün bir paltar tikdim. Amma sonra hamının xoşu gəldi. “Soydaş” ansamblı ilə danışdım, onlar da bəyəndilər və dedilər ki, bir-iki paltar da tik. Mən razılaşdım. Parçaları tapmaq çox çətindir. Parçanın və sapların hərəsini bir yerdən almışam. Hindistanda tanışlarım var, onlara zəng etmişəm ki, materailları, üstü daşlı parçaları mənə oradan gətirsinlər.

Dilşad Əliyarlı: Nadia xanım bir donun, bir milli geyimin tikilişi təxminən nə qədər vaxt aparır?

Nadia Şərifi: Təxminən üç ay, dörd ay. Çünki bütün iş əllə görülür, maşın bu tikişləri götürmür, iynə sına bilər. Ona görə də gördüyünüz daşların hamısını əllə qoymuşam parçanın üzərinə.

Dilşad Əliyarlı: Nadiya xanım bir də soruşmaq istəyirəm ki, geyimlərin dizaynı və modelini haradan alırsınız. Geyimləri şəkillər əsasındamı hazırlayırsınız?

Nadia Şərifi: Hamısını özüm dizayn etmişəm. Öz fikrimə əsasən etmişəm, heç bir yerə də baxmamışam, çünki donlara baxsanız biro birinə bənzəmir. Heç birisini kopya etmişəm. Hər bir donun özünəməxsus cəhətləri var. Donların rəngləri, modeli və kəsimi bir-birinə oxşamır. Ona görə ki, hər biri mənim öz dizaynımdır. Heç yerə də də baxmıram. İnternetdə də görə bilərsiniz ki, donlar arasında eynisini tapa bilməzsiniz.

Dilşad Əliyarlı: Milli geyimlərə hər zaman maraq olub. Bu işi biznesə çevirməyi düşünürsünüzmü? Sizə biznes təklifləri ilə müraciət edənlər olubmu?

Nadia Şərifi: Moda şousunda mənə çox sayda müraciət oldu, onlar üçün dizyan etməyi təklif etdilər. Amma mən hazırladığım kolleksiyaya qiymət qoya bilmərəm. Mən bu donları satmaq istəmirəm və bu işə biznes kimi baxmıram. Bu işdən pul qazanmaq ağlımdan keçmir. Fikirləşirəm ki, belə olsa geyimlərin dəyəri aşağı düşər. Bu geyimlərin mənim üçün daşıdığı məna çox böyükdür. Bu, bizim milli geyimimizdir. Bu geyimlərin bazara çıxarılmasını istəmirəm. Onlar eksklüzivdir, bizim özümüz üçündür. Mən istəyirəm ki, hər yerə gedəndə bu geyimlərlə Azərbaycan mədəniyyətini göstərim. Bir dəfə geyimləri işə apardım iş yerimə. Onlar əslində Azərbaycanın harada olduğunu bilmirdilər. Mən milli kostyumlarımız vasitəsilə Azərbaycan haqda məlumat verirəm, onlar mənə Azərbaycan dili, tarixi, geyimləri haqda suallar verirlər. Mənim məqsədim budur. Bu kostyumlardan pul qazanmaq mənim məqsədim deyil.

Dilşad Əliyarlı: Nadiya xanım bir sualım budur ki, milli kostyumları harada saxlayırsınız. Müasir geyimdən fərqli olaraq bu donlar yəqin ki çox yer tutur.

Nadia Şərifi: Evdə saxlayıram. Onlar mənim üçün çox əzizdirlər. Bunlar adi geyimlər deyil. Onlar mənimlə danışır. Bu donla mənim üçün çox əzizidir və mən onları yanımda saxlayıram. Bir tədbir olsa, məndən onları istəsələr, aparıb verərəm, amma yanımda saxlayıram.

Nyu-Yorkda Azərbaycan Milli geyimləri şousu