Nabra Hassanen dəfn edilib [Video]

Your browser doesn’t support HTML5

Nabra Hassanenin cənazəsi Adams Center Məscidində dua oxunduqdan sonra torpağa tapşırılıb.

Virciniya ştatı polisinin bildirdiyinə görə, 17 yaşlı müsəlman qızı öldürən şəxsə qarşı qətl ittihamı irəli sürülüb. Həmin şəxs qıza onun rəfiqələri ilə məscidi tərk etdiyi zaman hücum edib.

Nabra Hassanen

Onlar arasında mübahisə yarandığı bildirilib. Hücumçu maşından enərkən qızlar qaçaraq, rəfiqələrini tək qoyub.

Polis bir neçə saatlıq axtarışdan sonra qızın cəsədini göldə aşkar edib.

22 yaşlı şübhəli Martinez Torres həmin bölgədə ələ keçirilib.