"Məişət zorakılığı nədir?"

Your browser doesn’t support HTML5

Bakıda "Məişət zorakılığı nədir?" mövzusunda görüş keçirilib. Hüquqşünas Vəfa Rüstəm və professor Rəhman Bədəlov qadının cəmiyyətdəki rolu haqqında danışıb. Görüş zamanı fiziki zorakılığı yaradan səbəblər barədə danışılıb, iştirakçılara məişət zorakılığına məruz qalmış şəxslərə göstərilə biləcək yardımlar barəsində tövsiyyələr verilib. Hüquqşünas Vəfa Rüstəm travma nədir və necə yaranır, onun yaratdığı fəsadlar kimi mövzulara da toxunub.