"Məhkəmədə də istəmirlər ki, Tofiq Yaqublunun alibiləri üzə çıxsın"
Your browser doesn’t support HTML5
Avqustun 28-də Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Məhkəmə açıq olsa da, prosesə vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlər yenə buraxılmayıb. Tofiq Yaqublu məhkəmədə bildirib ki, avtobuslarda sıxlıq var, amma bu Operativ Qərargahı narahat etmir. "Yalnız mənim prosesimdə Nazirlər Kabinetinin bu qərarı işləyir”. Verilən məlumata görə, hakim bu mövqeyini koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin sıxlığın yaranmaması üçün müvafiq qərarı ilə əsaslandırır. Məhkəmə iclasında şahid ifadələri dinlənib. Vəkillər bir sıra vəsatətlər verib. Müşavirədən sonra hakim telefon görüntüləri ilə bağlı vəsatəti təmin etsə də, digər iki vəsatət təmin olunmayıb. Növbəti məhkəmə prosesi sentyabrın 1-nə təyin edilib. Polis məhkəmədən sonra Tofiq Yaqulunun qızının müsahibə verməsinə mane olub. Nigar Həzi müsahibə verərkən polis jurnalistlərin də peşə fəaliyyətini yerinə yetirməsinə imkan verməyib. Tofiq Yaqublu bu il martın 22-də həbs olunub. Tofiq Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Amma Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir.