Şərqi Azərbaycan məhkəməsi tanınmış türk fəal Abbas Lisaninin apellyasiya şikayətini rədd edərək, daha əvvəl çıxarılan 10 ay həbs cəzasını qüvvədə saxlayıb.
Abbas Lisani yanvar ayının 15-dən Ərdəbilin mərkəzi həbsxanasında saxlanılır.
Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisaniyə Apellyasiya Məhkəməsinin iclasına qatılmaq imkanı verilməyib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən surətini əldə etdiyi məhkəmə sənədinə istinadən, Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi siyasi fəala qarşı çıxarılan həbs hökmünün “şəriət və qanun qaydalarına uyğun” olduğuna dair qərar qəbul edib.
Milli fəalın kassasiya şikayətinə aprel ayının 13-də Şərqi Azərbaycan Apellyasiya Məhkəməsində qiyabi olaraq baxılıb. Ərdəbil həbsxanasında saxlanılan fəala məhkəmə iclasına qatılmaq imkanı verilməyib.
Abbas Lisani Təbriz İnqilab Məhkəməsinin keçən fevral ayında çıxardığı 10 aylıq həbs hökmü ilə əlaqədar etiraz bildirmişdi.
SEE ALSO: İran Azərbaycanında milli fəallara bəraət hökmü və qiyabi mühakiməO, “İslam Respublikası nizamı əleyhinə və nizama müxalif qrupların lehinə təbliğat fəaliyyəti” göstərmək ittihamı ilə mühakimə olunub.
Ərdəbildə yaşayan fəal keçən təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.
SEE ALSO: Abbas Lisani: Hakimiyyətin ən böyük arzusu milli hərəkatı radikallaşdırmasıdır [Audio-Müsahibə]Lisani bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.