Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsi deputatlığa namizəd Bəxtiyar Hacıyevin 9 fevral parlament seçkiləri zamanı 29 saylı Səbail Seçki Dairəsində saxtakarlıqlar haqqında şikayətini təmin etməyib. Bununla da məhkəmə Mərkəzi Seçki Komissiyasının səsvermənin yekunlarının etibarlı sayılması haqqında qərarını qüvvədə saxlayıb.
Bir müddət əvvəl Mərkəzi Seçki Komissiyası bu seçki dairəsinin 6 məntəqəsində səsvermənin nəticələrini ləğv edib, amma bu, yekun nəticəyə təsir etməyib və "Formula-1" yarışlarının mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai dairə üzrə lider namizəddir.
Hacıyev dairə üzrə səsvermənin ntəticələrinin etibarsız sayılmasını istəyir. Onun fikrincə, səsvermə zamanı çoxsaylı qanun pozuntuları olub və səslər Arpadarainin xeyrinə hesablanıb.