Məhkəmə 17 gün aclıqdan sonra Tofiq Yaqublunu ev dustaqlığına buraxdı
Your browser doesn’t support HTML5
Cümə günü, sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nizami Rayon Məhkəməsində Tofiq Yaqublu barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib.
Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu 17 gündür aclıq edirdi. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.