20 məhkum Azərbaycandan İrana ekstradisiya olunub

Azərbaycandan İrana 20 məhkum ekstradisiya edilib.

İranın Azərbaycandakı Səfirliyi bildirirb ki, 20 iranlı məhkum cəzalarının qalan hissəsini ölkələrində çəkmək üçün bu gün, iyunun 23-də Astara sərhəd-keçid məntəqəsindən İrana ekstradisiya olunub.

İranın Azərbaycandakı səfiri Abbas Musəvinin sözlərinə görə, hazırda Azərbaycanda narkotik və digər cinayətlərdə ittiham olunaraq həbs edilən 200 iranlı məhkum var.

Səfir deyib ki, İran yerdə qalan digər məhkumların da ekstradisiyası və ya onların cəzalarının yüngülləşdirilməsi ilə bağlı səylərini davam etdirir.