Məcburi köçkünlər məcburi şəkildə doğma torpaqlarına qaytarıla bilərmi?

Your browser doesn’t support HTML5

Azərbaycan və Ermənistan arasında 27 sentyabrda başlayan müharibə 44 gün davam edib. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanata görə, 10 noyabrda Qarabağda döyüşlər dayandırılıb və atəşkəs barədə razılığa gəlinib. Məcburi köçkünlər öz doğma torpaqlarının geri qaytarılmasına sevinərkən, onların məcburi şəkildə geri qaytarılması da müzakirə olunur. Hüquqşünas Səməd Rəhimli deyir ki, Azərbaycanın daşıdığı beynəlxalq hüquq öhdəlikləri və konstitusiyaya görə Azərbaycan daxilində vətəndaşların hərəkət azadlığı var və bu da vətəndaşların istədiyi yerdə məskunlaşmağına imkan verir. Buna görə də məcburi köçkünlərin özlərinin və ya valideynlərin məcburi köçkün olmamışdan qabaq yaşadığı yerə zorla köçürülməsi hüquqa ziddir. Hüquqşünas deyir ki, işğal olunmuş ərazilər azad olunduqdan sonra məcburi köçkünlərə dövlət tərəfindən verilən məcburi köçkün statusu da aradan qalxa bilər. Belə olduqda onlara verilmiş hüquq və güzəştlər də itiriləcək. Elçin Bayramov Cəbrayıl rayonundan məcburi köçkündür. Atası Şakir Bayramov Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olub. Cəbrayıl işğal olunandan sonra ailəsi ilə İmişliyə, daha sonra özü təhsil almaq üçün Əlibayramlıya köçməli olub. Ən sonda da ailəsi ilə birgə Bakıda köçüblər və burada yeni həyat qurublar. O deyir ki, ailəsi ilə bir dəfə yox, bir neçə dəfə yaşadıqları yeri tərk etməli, məcburi köçkün olmalı olublar.