Məcburi köçkünlər Yasamal bələdiyyəsinin önünə toplaşıblar
Your browser doesn’t support HTML5
Məcburi köçkünlər “Qobu park 3”-də onlar üçün tikilən yaşayış binasına görə, Yasamal rayon bələdiyyəsinin önündə toplaşıblar. Bu binadakı evlər, püşkatma yolu ilə sakinlərə paylanılır. Köçkünlər bildirirlər ki, ev növbəsində püşkatmadan narazıdılar. Onlar püşkatmanın ədalətli olmadığını deyirlər.
Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Yasamal rayonu üzrə sözcüsü Niyaməddin Niftəliyev köçkünlərin şikayətlərinin tez bir zamanda araşdırılıb, həll olunacaqlarını bildirib.