Məcburi erkən nikah - uşaq arzularının sonu

Your browser doesn’t support HTML5

Məcburi erkən nikah - uşaq arzularının sonu

BMT 18 yaşdan aşağı nikaha daxil olmağı insan azadlığının pozulması sayır. Yüksək göstəricilərin çoxu zəif inkişaf etmiş ölkələrdə olsa da, uşaq nikahları ABŞ-da da baş verir. Kaliforniya Universitetinin İctimai Sağlamlıq Məktəbindəki tədqiqatçıların sözlərinə görə, 15-17 yaşlar arası ABŞ uşaqlarının 78 mini artıq evlidir.

Sara Təsnim yaşıdlarından daha erkən böyüməli olub. Onun 15 yaşı olanda atası onu 28 yaşlı şəxslə evləndirib. O deyir ki, onun atası kulta bənzər və İslam dinindən kənar bir qrupla əlaqəli idi. Onun fikrincə, qızın rolu yalnız kiminsə həyat yoldaşı və ana olmaqdır.

Öz kimliyini qorumaq üçün bu addan istifadə edən Təsnim, o adamla kəbin kəsdirib, ailəsindən uzaqlaşdırıldığını söyləyir. Onlar ölkəni tərk edib, əslən olduqları ölkəyə qayıtmalı oldular. Təsnimin 16 yaşı və altı aylıq hamilə olanda onlar geri qayıdıb Reno şəhərində rəsmi nikaha giriblər. O çox depressiyada idi, öz yaşıdlarını məktəbə gedən görəndə o da onlardan biri olmaq istədiyini düşünürdü.

Təsnimin başına gələnlər ABŞ-da yeganə hal deyil. Siyahıyaalma Bürosunun Amerika Birliyi Sorğusunun verdiyi məlumata görə, 2010-cu ildən 2014-cü ilə qədər 15-17 yaşlar arası ABŞ uşaqlarının təxminən 78 mini evli olub.

Los Ancelesdə yerləşən Kaliforniya Universitetindən Codi Heymann bildirir ki, orta məktəbi bitirmək ehtimalı az olduğu üçün bu, böyük problemdir, 31% yetkinlik yaşında ehtiyac içərisində yaşamaq ehtimalı və qızlar üçün erkən yaşlarda doğuş sağlamlıqlarına və körpələrinə təhlükə doğurur.

Məlumatlar həmçinin ABŞ-ın digər ölkələrdən fərqli olan uşaq nikahının başqa bir aspektini də göstərir.

Codi Heymanın sözlərinə görə, oğlanlar da çox cavan ikən ailə qururlar.

Araşdırma amerikalı hindli və Çin əsilli uşaqların çoxunun evli olduğunu göstərir. İmmiqrant uşaqlar ABŞ-da doğulmuş uşaqlardan daha çox evli olur.

Codi Heyman deyir ki, bu, heç bir dində yoxdur. Bütün etnik qrup, ölkə və ya millətlərdə uşaq nikahları var, lakin Latın Amerikası ölkələrindən, Yaxın Şərqdən və Şərqi Asiyadan gələn ailələrin uşaqlar arasında bu göstərici daha yüksəkdir. Bu göstəricilər valideynləri ABŞ-da doğulanlar arasında da məqbul səviyyədən xeyli yüksəkdir.

Təsnimin həyat yoldaşından boşanmamışdan öncə iki uşağı olub.

Sara Təsnim bildirir ki, o özünü həqiqətən qarət olunmuş hiss edirdi. Təhsilinin oğurlandığını hiss edir və bu günə qədər təhsilini geri almaq üçün mübarizə aparır.

37 yaşı olan Təsnimin uşaqları artıq böyüyüb və o yenidən ailə qurub, lakin bu nöqtəyə gəlmək asan olmaylıb. O bildirir ki, azadlıq alındıqdan sonra heç kim yenidən tam ola və təmamilə bərpa oluna bilməz.

Tədqiqatçılar ümid bəsləyirlər ki, qurbanların hekayələri ictimaiyyətə erkən evlənmənin fəsadlarını anlamağa kömək edəcək.