Müsavat partiyasının yeni başqanı seçilib

Your browser doesn’t support HTML5

13 oktyabrda Müsavat partiyasının 9-cu qurultayı baş tutub. Qurultayda yeni başqan və partiyanın digər orqanlarına seçkilər keçirilib. Müsavat partiyasının başqanlığına üç nəfər namizədliyini irəli sürüb: hazırkı başqan Arif Hacılı, keçmiş başqan müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqlı. Qurultayda hazırkı başqan və yeni başqanlığa namizəd Arif Hacılı partiya üzvləri qarşısında hesabat verib. Daha sonra hər üç namizəd onlara ayrılan müddətə uyğun çıxış edib. Çıxışlar başa çatdıqdan sonra səsvermə olub. Qurultayda say komissiyası və seçki komissiyası yaradılıb. Səsvermə üçün 40 kabinə qurulub. Səsvermənin nəticələrinə görə, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı 20, Arif Hacılı isə 262 səs toplayıb. Nəticəyə əsasən, Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib.