Müsavat M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edib
Your browser doesn’t support HTML5
Yanvarın 31-də Müsavat Partiyasının fəalları Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 136-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsi önünə toplaşıblar.
Kəndin girişindən heykələ qədər davam edən yürüşdə, «Azərbaycan», «Müsavat», «öndər Məhəmməd Əmin Rəsulzadə» kimi şüarlar səsləndirilib, abidənin önündə bir sıra çıxışlar dinlənilib.