Müsavat fəalı saxlanılıb

İlqar Mahmud

Sentyabrın 13-də Müsavat Partiyasının fəalı İlqar Mahmud Bakıda yaşadığı evin yaxınlığında saxlanaraq naməlum istiqamətə aparılıb.

Müsavat Partiyasının məlumatına görə, indiyədək fəalın harada saxlanıldığını müəyyən edə bilməyiblər.

İlqar Mahmud partiyanın Laçın təşkilatının üzvüdür, “Laçına Qayıdış” hərəkatının fəallarındandır. O, köçkünlərin tədbirlərində həmişə fəal şəkildə iştirak edir.

“İlqar Mahmud “Qarabağa Qayıdış” təşkilatının fəallarındandır. Son vaxtlar ABŞ və Türkiyə səfirlikləri qarşısında keçirilən piketlərdə fəal iştirak edib. O, sosial şəbəkədə canlı yayım vasitəsilə Laçının qaytarılması mövzusunda tələblər səsləndirib,” Müsavat Partiyası bildirib.

Fəalın saxlanılması barədə rəsmi qurumlar hələ məlumat yaymayıb.