Müharibə iştirakçıları medalla təltif edilmədiklərinə görə etiraz edir

Your browser doesn’t support HTML5

İyunun 29-da bir qrup müharibə iştirakçısı medalla təltif edilmədiklərinə etiraz olaraq, əlillik və müalicə problemləri ilə bağlı Müdafiə Nazirliyinin binası qarşısında aksiyası keçirib. Aksiya iştirakçıları əsasən Füzuli, Cəbrayıl və Xocavəndin azad edilməsində iştirak etsələr də, iyunun 26-da Silahlı Qüvvələr Günündə İlham Əliyevin imzaladığı sərəncamda adlarına rast gəlməyiblər. Müdafiə Nazirliyindən bildirib ki, nazirliyin önünə toplaşan müharibə iştirakçıları siyahıya alınıb və onların müraciətlərinə baxılacaq.