Mübariz Mənsimovun azadlığını tələb edən aksiya

Your browser doesn’t support HTML5

Martın 18-də bir qrup şəxs Türkiyədə həbs olunan Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığını tələb etmək üçün aksiya təşkil edib. Vətəndaşlar Türkiyənin Azərbaycandakı Səfirliyi qarşısında toplaşmağı planlayırdı. Ancaq polis aksiyaya müdaxilə edərək, aksiya iştirakçılarını oradan zorla uzaqlaşdırıb. Hadisəni işıqlandıran media nümayəndələri də polis əməkdaşları tərəfindən hücüma məruz qalıb.