Mübariz Mənsimov Türkiyədə məhkəmə qərarı ilə həbs olunub

Mubariz Mansimov

Türkiyənin Anadolu Xəbər agentliyi məlumat yayaraq bildirir ki, polis nəzarətinə götürülən, Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali"Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov və şirkətin meneceri Nuray Nurcihan Perker həbs olunaraq ədliyyə orqanlarına təhvil verilib.

Prokurorluq tərəfindən istintaqa cəlb olunan Mənsimov və Perker haqda məhkəmə tərəfindən FETÖ-a üzv olmaq ittihamı ilə həbs olunmalarına dair qərar verilib. Lakin daha sonra Perker məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Türkiyə mətbuatının yazdığına görə, Mübariz Mənsimov Ankaranın 2015-ci ildə Türkiyədə dölət çevrilişi cəhdinin təşkilində ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənlə əlaqələri olmaqda günahlandırılır.

Mübariz Mənsimovun rəhbəri olduğu "Palmali" şirkətlər qrupu açıqlamasında Mənsimovun günahsız olduğunu bildirib.