Ağıllı texnologiya dövründə insanların texnologiyanı bədənlərinin bir parçaları etmək istəmələri təəccüb doğurmur. Bu gün insanlar özlərini yeni və misli görülməmiş yollarla dəyişmək imkanına sahibdirlər. 19 yaşlı Kai Landre bunun canlı nüminəsidir.
“Mənim adım Kai Landredir və mən kiborqam”, o deyir.
Kiborq kibernetik orqanizm sözünün qısaldılmış versiyasıdır. Bu isə yarı maşın yarı insan olan insanlar üçün istifadə olunan bir sözdür.
Bu gün 19 yaşlı Kai Landre Barselonada yaşayan yeniyetmə kiborq haqqında çəkilən filmin çəkiliş komandası tərəfindən həmin filmə çəkilir.
Landrenin kəlləsinə və qoluna xüsusi çiplər yerləşdiriləcək. Bu çiplər ona bizi əhatə edən kosmik şüaları hiss etməyə və onları musiqi notalarına çevirməyə imkan verəcək.
Princeton Universiteti gənc oğlanı nitq söyləmək və kiborq olmağın nə olduğunu anlatmaq üçün Nyu Yorka dəvət edib.
“Mən orada olduğuma, kosmik hissi təqdim edə bildiyimə görə çox həyəcanlı idi. Mən Princeton-a prototipi təqdim etməyə və kiber mühafizə barədə danışmaq üçün getdim”, Kai deyir.
Landre 2000-ci ildə dünyaya gəlib və onun üçün yüksək texnologiya hər zaman laptop və smartfonlardan daha çox şey ifadə edib. O, fəza kəşfi və qvantum fizikası ilə maraqlanıb, daha sonra isə musiqiyə maraq salıb.
“Mən musiqi yaratmağa başladım və fəza ilə bağlı albom çıxardım…”- Kai Landre deyir.
İspaniyada dünyaya gəlmiş britaniyalı-irlandiyalı sənətkar və fəal Nil Harbissonla görüş Landrenin həyatındakı növbəti mühüm mərhələ oldu.
Harbisson doğulandan bəri rəngləri ayırd edə bilmirdi, amma dünyanın ilk kiborqu olandan və kəlləsinə antenna yerləşdiriləndən sonra əşyaların rənglərini xüsusi çip sayəsində görməyə başlayıb.
Harrison həmfikir insanlarla birlikdə Cyborg fondunu təsis edib.
“Onlar məndən kiborq hissi yaratmaq istəyib-istəmədiyimi soruşdilar. Mən də ‘hə’ dedim. Sonra onlar məni fonddakı laboratoriyaya apardılar və mən onların yaratdığı hər şeyi görə bildim. Biz Nilin təklif etdiyini etdik, yəni mənim həyatını indiyədək yaşadığım illərə ayırdıq. Mən hər ilə bir xatirə əlavə etdim və daha sonra təkrarların olub olmadığını yoxlayacağam”, Kai deyir.
Hazırda Kai kəlləsinə yerləşdiriləcək çipin prototipini taxır. Bu çiplə o, birbaşa fəzadan səsə çevrilən siqnalları alan ilk insan olacaq.
“Sanki hissəciklərin mənim hisslərimə toxunduğumu eşidirəm. Bim bom. Bu kosmik şüaların reseptorudur. Bu çipin içində müxtəlif hissələr var. Bu hissə silikon fotoçoxaldıcıdır, yəni işıq hissəciklərini qəbul edən çip. Biz kosmik şüalar bizim planetimizin üstünə düşəndə yaranan atomik işıq hissəciklərini qəbul edirik. Bu hər şüa üçün bir hissəcik qəbul edir və hər kosmik şüanı enerji sıxlığına görə müxtəlif notalara çevirir. Çox gözəldir, mən fəzanı duymağı çox sevirəm”, o bildirir.
Landre deyir ki, o bu təcrübəyə hazırdır və bunun insan təkamülü və təbitəti ələ keçirib, məhv etmək əvəzinə onu kəşf etməyin bir hissəsi olduğuna inanır.