Müasir İncəsənət muzeyinin siyasi mesajları

Your browser doesn’t support HTML5

Son 50 ildə dünya müasir incəsənətinin inkişaf etməsinə xidmət edən önəmli muzeylərdən biri Vaşinqton şəhərində yerləşən Hirşhorn Muzeyidir. 1930-cu illərdə Amerika Konqresi Milli İncəsənət muzeyinin yaxınlığında Milli Muasir İncəsənət Muzeyi yaratmaq haqda planlaq qurmağa başlayıb. Lakin “Böyük Depressiya” və davamında baş tutan İkinci Dünya müharibəsi dövründə bu planlar bir qədər ağsayıb. Bu arzu 1960-cı illərdə reallaşıb. Nyu Yorkda yaşayan incəsənət kolleksiyacısı və filantrop Cosef Hirşhornun Vaşinqtona hədiyyə etdiyi 6 mindən çox sənət əsər Müasir İncəsənət muzeyi konseptini bir daha gündəmə gətirib. Beləliklə, 1966-cı ildə Hirşhorn adına muzey qurulmağa başlayıb. Muzey 1974-cü ildə ilk ziyarətçilərə qapısını açıb.