Birma parlamenti ilk demokratik iclasını keçirib

Birma öz tarixində yeni səhifə açıb. Bazar ertəsi günü yarım əsirdir hərbi rejimdə idarə olunan ölkə demokratik şəkildə seçilmiş parlamentinin ilk iclasını keçirib.

Milli Demokratiya Liqasının lideri Aunq San Su Ki parlament iclasına başçılıq edib. Onun partiyası parlamentdə yerlərin 80 faizini udub.

Aunq San Su Kinin yaxın tərəfdaşı Vin Mint aşağı palatanın spikeri seçilib. Məğlub olan Həmrəylik İttifaqı partiyasının üzvü T Xun Miat isə spikerin müavini vəzifəsinə təyin olunub.

Yeni millət vəkilləri həmçinin ölkənin prezidentini seçməyə hazırlaşır.

Aunq San Su Kinin oğlu və mərhum həyat yoldaşı Britaniya vətəndaşı olduğu üçün Konstitusiya ona rəsmi olaraq bu vəzifəsi icra etməyə icazə vermir.

Milli Demokratiya Liqasının parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq ordu ilə əlaqələrini qorumalıdır. Ordu avtomatik olaraq 2008 konstitusiyasına görə parlamentdə yerlərin 25 faizinə nəzarət etmək hüququna malikdir və müdafiə, daxili və sərhəd təhlükəsizliyi vəzifələri də daxil olmaqla hökumət postlarının bir neçəsinə nəzarət edir.