Birmanın ən böyük şəhəri Yanqonda lüks oteldə yanğın baş verib

Birmanın ən böyük şəhəri Yanqonda lüks oteldə yanğın baş verib. Bir nəfər həlak olub.

Cəsəd Kandavci Palas mehmanxanasından çıxarıldıqdan sonra onun kişi olduğu müəyyən edilib. Ölən və yaralılar barədə əlavə məlumat verilməyib.

Yanğından saatlar sonra belə tüstü şəhərin səmasını bürüyüb.

Yanğınsöndürənlər hadisənin səhər saat 3-də baş verdiyini və bunun səbəbinin elektrik nasazlığı ola biləcəyini deyib.

Yanğınsöndürənlərdən biri tüstüdən zəhərlənib. Mehmanxananın yuxarı mərtəbələri yanğın səbəbi ilə tamamailə sıradan çıxıb. Daha sonra yanğın aşağı mərtəbələrə yayılıb.

Mehmanxana 1990-cı illərin əvvəllərində inşa edilib.