Aunq San Su Kyi Rakxayn ştatına səfər edib

Myanmanın lideri Aunq San Su Kyi cümə axşamı şimali Rakxayn ştatına səfər edib. Bu, ordunun azlıq Rohinca müsəlmanlarına qarşı başlatdığı zorakılıqlardan sonra onun regiona ilk səfəridir.

Nobel Sülh mükafatı laureatı böhrana gec cavab verdiyinə görə beynəlxalq ictimaiyyətin tənqidləri ilə üzləşib.

İlk başda o, Rohincaların acınacaqlı vəziyyəti ilə bağlı çox sayda yanlış məlumatların olduğunu iddia edirdi.

Avqust ayında Rohincaların şimali Rakxayn ştatında Myanmanın polis postlarına militant hücumundan sonra ordunun Rohinca kəndlərinə qarşı başlatdığı kampaniya 600 min Rohinca müsəlmanının Rakxayndan Banqladeşə qaçmasına səbəb olub.

Birləşmiş Millətlər Təşkilatı Rohinca müsəlmanlarına qarşı kampaniyanı etnik təmizləmənin nümunəsi olaraq dəyərləndirib.

Myanma Rohincaları Banqladeşdən geri gətirməyi planlaşdırsa da, Dəkkəni prosesi qaçqın düşərgələrini genişləndirmək üçün nəzərdə tutulan 400 milyon dollar dəyərində yardım alanadadək ləngitməkdə günhalandırır.