Myanmanın tibb işçiləri bazar günü baş verən zorakılıqların “müharibə kimi” olduğunu söyləyir

Ön cəbhədəki səhiyyə işçiləri martın 14-nün Myanmada baş verən hərbi çevrilişdən bəri davam edən repressiyaların ən ağır günü olduğunu deyib. Onların dediyinə görə, həmin gün “müharibə kimi” idi.

Minlərlə etirazçı çevriliş əleyhinə olduqlarını nümayiş etdirmək üçün küçələrə çıxdığı bir vaxt, ictimai sektor işçiləri rəsmi olaraq Dövlət Administrasiyası Şurasında xunta hökumətinin nəzarəti altında işləməkdən imtina edib. Birma (Myanma) Siyasi Məhbuslara Yardım Assosiasiyası (AAPPB) 2000-dən çox nümayişçinin həbs edildiyini, yüzlərlə insanın öldürüldüyünü bildirib.

AAPPB-nin bildirdiyinə görə, martın 14-ü Myanmada ən qanlı gün olub. Belə ki, Yanqonda ordu çevriliş əleyhinə nümayişçilərə qarşı daha amansız olub. Təkcə Hleinq Tayar qəsəbəsində hərbçilər azı 74 nəfəri öldürüb.

Hleinq Tayar qəsəbəsində işləyən bir həkim işlədiyi klinikanın qarşısında etirazçıların hərbçilərin qarşısını almaq üçün süni qalxanlardan istifadə edərkən baş verən hadisədən danışıb.

“Həqiqi güllə ön sıradakı etirazçılardan birinin qalxanını dələrək, onu boynundan yaraladı və o, klinikamızın qarşısında yıxıldı. Güllə onun boynundakı arteriya damarını deşmişdi və o, orada öldü” - deyə, həkim Amerikanın Səsinə bildirib.

Tibb işçilərindən biri Amerikanın Səsinə Yanqonun Tinqanyun qəsəbəsindəki xəstəxanasına çox sayda yaralı və cəsəd gətirildiyi üçün etiraz aksiyalarında iştirak edən həkimlər və tibb bacılarının yardım üçün xəstəxanaya geri qayıtdıqlarını deyib.

“O qədər cəsəd gətirilirdi ki, sayını bilmirdim. Bəziləri gətiriləndən sonra ölürdü. Kardio-polimenar (CPR) prosedurlar etməli idik. Onlar xəstəxanaya, reanimasiyaya qaçdı. O gün qanlı bir gün idi” - deyə, tibb işçisi bildirib.

Tibb işçisinin dediyinə görə, onu təəccübləndirən o idi ki, xəstəxanaya gətirilənlərin çoxunun güllə yarası almalarına baxmayaraq, onların səsi çıxmırdı. “Onlar qışqırırdılar. Çox qəribə idi. Xəstələrin çoxu təxminən 20-25 yaşlarında gənclər idi. Onlar qorxmurdu” deyib.

Nümayişə getməzdən əvvəl etirazçılardan bir çoxu tibbi yardıma ehtiyac duyularsa, bədənlərinə telefon nömrələrini və qan qruplarını yazıb.

Yanqon xəstəxanasının təcili yardım həkimlərindən biri də bazar günü çox sayda etirazçının həqiqi güllələrlə öldürüldüyünü və yaralandığını deyib.

“O gün mən azı 55 güllə yarası alan xəstəyə baxdım. Bu 55 nəfərdən 50-si əsl güllələrdən yaralanmışdı”- deyə, həkim bildirib.

Həkim Amerikanın Səsinə 1988-ci ildə minlərlə insanın öldürüldüyü “8888 qiyamı”nın şahidi olduğunu deyib. O, 2007-ci ildə “Zəfəran İnqilabı“ zamanı da işləyib. Lakin onun sözlərinə görə, hazırda ordu nümayişçiləri öldürmək üçün hədəf alır.