Myanmada həbs edilən jurnalistlərin saxlanılma müddəti uzadılıb

Ka Van Lon və Ko Kya So Oo

Myanmada dekabr ayının əvvəlindən həbsdə olan Reuters agentliyinin iki jurnalistinin saxlanılma müddəti iki həftə uzadılıb.

Məhkəmə çərşənbə günü prokurorların müraciəti ilə razılaşaraq, Ka Van Lonun və Ko Kya So Oonun Myanmanın Məxfilik Aktını pozmaq ittihamları ilə həbs müddətlərini 14 gün uzadıb.

Jurnalistlər həbs olunan zaman Rakhayn vilayətində Rohinca müsəlmanlarına qarşı qəddar, etnik təmizləmə kampayası haqqında material hazırlayırdılar.

Çərşənbə günü keçirilən məhkəmə bu jurnalistlərin 15 gün öncə həbs olunmalarından sonra ictimaiyyət qarşısına ilk çıxışı idi.

Pan Ey Mon, Va Lonun həyat yoldaşı:

“Bu məni dəli edir. Mən heç zaman belə bir şey gözləmirdim. O, həyatında heç zaman heç bir qanun pozmayıb. Mən onun dürüstlüyünə inanıram və bu məni narahat edir.”

Va Lon bildirir ki, o və onun partnyoru heç bir qanun pozmayıblar. O əlavə olaraq qohumlarına bildirib ki, məhbəsdə onlarla pis davranmayıblar.

Ka Van Lon və Ko Kya So Oo 14 il müddətində azadlıqdan məhrum edilə bilərlər.