Müxalifət yenidən Fəvvarələr Meydanında mitinq keçirmək istəyir

"Azadlıq" bloku seçki və toplaşmaq azadlığı tələbilə piket keçirməyə cəhd göstərib

Aksiya “Parlament buraxılsın -2” adlı qrup tərəfindən elan edilib
Bir qrup müxalifət fəalı noyabrın 17-də saat 15:00-da parlamentin buraxılması tələbi ilə etiraz aksiyası keçirəcək. Aksiya fasebook sosial şəbəkəsi vasitəsilə “Parlament buraxılsın -2” adlı qrup tərəfindən elan edilib. Təşkilatçılar arasında AXCP fəalları Natiq Ədilov, Gözəl Bayramlı, Asif Yusifli və başqaları var.

Parlamentin buraxılmasının tələb edilməsinə keçmiş deputat Gülər Əhmədova ilə Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev arasında olan söhbətin videosunun yayımlanmasından sonra yaranan qalmaqal səbəb olub. Belə ki, söhbət zamanı onlar deputat mandatına görə rüşvətin məbləğini müzakirə edirlər.

Oktyabrın 20-də həmin qrup Fəvvarələr Meydanında eyni tələblə etiraz aksiyası keçirib. Lakin polis aksiyanın qarşısını alıb. 13 iştirakçı 7-10 gün müddətinə inzibati həbsə məhkum edilib.