1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti “Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı”nı qəbul edib
Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür. . 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti “Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı”nı qəbul edib.
Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan edilib.
Konstitusiya aktına əsasən, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların tam hüquq bərabərliyinə zəmanət verilib.
2006-cı ilədək 18 oktyabr Günü istirahət və bayram günü kimi qeyd olunub. Lakin 2007-ci ildən 18 oktyabr Günü bayram günləri sırasından çıxarılıb. Hərçənd, 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur, bununla belə, bu tarixlə bağlı hər hansı dövlət tədbirləri keçirilmir.