Qəbələdə beynəlxalq musiqi festivalı keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalı

İyulun 25-dən 31-nə qədər Qəbələ şəhərində (Bakıdan 200 kilometr şimal-qərb) Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniya musiqiçilərinin və kollektivlərinin iştirakı ilə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, festival günlərində İtaliya simfonik Orkestri, “Moskva virtuozları” Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, “Flamenko” ansamblı, “Dubrovnik Guitar Trio”, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları çıxış edəcəklər.

Qəbələdə beynəlxalq musiqi festivalı 2009-cu ildən Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.