Pakistan məhkəməsi sabiq hərbi lider Pərviz Müşərrəfə qarşı 2007-ci ildə müxalifət lideri və sabiq baş nazir Benəzir Bhuttonun qətli ilə əlaqəsi olmaq ittihamı irəli sürüb.
Ravalpindi məhkəməsi cənab Müşərrəfi qətl, cinayət və konspirasiyada təqsirləndirib. Prokuror o zaman prezident vəzifəsini icra edən cənab Müşərrəfin xanım Bhuttonu müdafiə edə bilmədiyini və onun Ravalpindidə keçirilən siyasi yürüşdə öldürüldüyünü deyib.
Cənab Müşərrəf ona qarşı ittihamları rədd edir və proses avqustun 27-dək təxirə salınıb.
Pakistan tarixində ilk dəfədir ki, sabiq ordu rəhbəri cinayətdə ittiham edilir.
Cənab Müşərrəf 2008-ci ildə hakimiyyətdən getdikdən və 4 il xaricdə yaşadıqdan sonra bu ilin əvvəli Pakistana qayıdıb. O, siyasi fəaliyyətini bərpa edəcəyini deyib. Lakin onun parlament seçkilərində iştirak etməsinə qadağa qoyulub və indi o, bir neçə cinayətdə təqsirli bilinir.