Qətli törədən əsgər həbs olunub
Mali ordusunun mətbuat katibinin bildirdiyinə görə bir əsgər hərbi yoxlama məntəqəsində 16 islamçı vaizi öldürməkdə ittiham olunur.
Bazar ertəsi mətbuat katibi İdrissa Traore Amerikanın Səsinə müsahibədə Mali ordusunun bu qətl aktına məsuliyyət daşımadığını, hadisənin yalnız bir əsgər tərəfindən törədildiyini və həmin əsgərin nəzarətə götürülərək istintaq aparıldığını bildirib.
Xatırladaq ki, güllələmə insidenti bazar günü paytaxt Bamakodan 400 kilometr şimalda yerləşən kiçik Diabali icmasında baş verib.
Hadisə Malidən və Mavritaniyadan olan vaizlərin Bamakoda keçirilən konfransa getdikləri zaman baş verib. İlkin məlumatlara görə qrup "dayan!" əmrinə əməl etmədiyi üçün əsgərlər atəş açıb.
Traore hesab etdiyini bildirib ki, qətl hadisəsi ordunun İslamçı silahlı qruplaşmanın nəzarətində olan şimali Malini qeri qaytarmaq səylərinə təsir göstərməyəcək.