ABŞ səfiri siyasi partiyaların inkişafı üçün şəraitin yaradılmasını önəmli sayır
“Vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinin müxbirinin sualının cavabında bildirib.
O Milli Şurada son dövrlər baş verənlərlə bağlı sualın cavabında deyib ki, önəmli olan Azərbaycanda plüralizmin təmin edilməsi və siyasi partiyaların inkişafı üçün lazımi şəraitin olmasıdır.
“Amma Milli Şura daxilində hansı partiyanın, partiya rəhbərinin üzv olub-olmaması həmin partiya və partiya rəhbərinin öz şəxsi işidir”, o qeyd edib.