Müsahibimiz Milli Məclisin deputatı, politoloq Rasim Musəbəyovdur. Rasim bəy Amerika-Azərbaycan starteji əlaqələri barədə suallarımızı cavablandırıb.
Rasim Musabəyova Birləşmiş Ştatlar müdafiə nazirinin müşavirinin bu günlərdə Azərbaycanda səfərdə olduğu və Azərbaycanla-Amerika strateji münasibətlərinin müzakirəsi və yekunları ilə bağlı sualın cavabında politoloq dedi ki, ABŞ azərbaycanla hərbi sahədə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirib. Polotoloq bu məsələ ilə bağlı detalların açıqlanmadığını, lakin onun fikrincə Azərbaycan ərazisindən Əfqanıstana hərbi tranzitin təmin olunması, ABŞ-ın Əfqanıstana hərbi tranzitin təxminən 40 faizinin Azərbaycan ərazisindən keçdiyini dedi.
Rasim Musabəyov Azərbaycanın “Anti-terror koalisiyasının” üzvü olduğunu və kəşfiyyat sahəsində məlumat mübadiləsinin həyata keçirildiyini bildirdi. O, Amerikanın yardımı ilə Azərbaycanın öz hava və su məkanına nəzarəti gücləndirdiyini dedi və onu da əlavə etdi ki, ola bilsin Amerikanın Azərbaycana texniki yardımı məsələsi də müzakirə edilsin. Bütün bunlarla yanaşı o, İran məsələsinin də istisna olmadığını dedi.
İranın bütün bunlara münasibəti barədə danışarkən politoloq İranın münasibətinin mənfi olduğunu, lakin Azərbaycanın İrandan icazə alası olmadığını dedi və əlavə etdi ki, bu Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsinə yardım edəcəksə, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Your browser doesn’t support HTML5